d
Follow us
  >  Mükafatlar
Mükafat

AZKLMİB tərəfindən “AZLTK & Lab Expo 2024″üçün təsis edilən mükafatlar:

Dosent Fətulla Yaqubov adına mükafat (Mikrobiologiya)
Akademik Əbdüləhəd Həsənov adına mükafat (Biokimya)
Akademik Zakir Qarayev adına mükafat (Mikrobiologiya)
Professor Arif Əfəndiyev adına mükafat (Biokimya)

Mükafatlar əsas (məsul) müəllifi Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin üzvü olan və göndərdiyi tezisi şifahi və ya poster təqdimatları kimi qəbul edilən şəxslərə şamil edilir. Mükafatlar redaktorlar heyəti tərəfindən tezisləri seçilmiş 4 nəfərə təqdim ediləcəkdir.

 

Mükafatlandırma müraciətinin qiymətləndirilməsi üçün aşağıdakılar icra olunmalıdır:

Məqalənin “Tezis Göndər” səhifəsindən sistemə yüklənməsi;

Məsul müəllifin konqresə qeydiyyat prosesini tamamlaması;

Məsul müəllifin CV, müraciət forması və qeydiyyat qəbzinin info@azklmib.az ünvanına göndərilməsi;

Poster və ya şifahi təqdimat başqa elmi platformada təqdim edilməməli;

Mükafatlar konqresin bağlanışda təqdim ediləcəkdir.