d
Follow us

Tezis Göndər

Onlayn Məqalə Qeydiyyat Sisteminə Xoş Gəldiniz!

TEZİSLƏRİN BAŞLANMA TARİXİ: 01 FEVRAL 2023-cü il
TEZİSLƏRİN SON QƏBUL TARİXİ: 01 APREL 2023-cü il

QAYDALAR

1. Giriş, Material və Metodlar, Nəticələr və Yekun hissələri olmaqla maksimum 300 sözdən ibarət ola bilər. Lazım gələrsə, bir fotoşəkil və ya cədvəl əlavə edə bilərsiniz.

2. Müəlliflərin adları və soyadları tam yazılmalı və təqdimatı təqdim edəcək şəxsin adı seçilməlidir.

3. Təqdim edən müəllifdən tələb olunur ki, təqdim etməzdən əvvəl bütün həmmüəlliflər tezisin məzmunundan xəbərdar olsunlar.

4. Təqdim edən müəllif ilk müəllif kimi qeyd edilməlidir.

5. Təqdimat üçün qəbul edilmiş bütün tezislər konqresdən əvvəl konfransın internet saytında dərc olunacaqdır.

6. Nəzərə alın ki, tezis haqqında bütün yazışmalar tezisi təqdim edən müəllifə göndəriləcək.

7. Tezislərin son şəkli təqdim edildikdən sonra redaktə edilə/yenilənə bilməz.

8. Son göndərmə düyməsini kliklədikdən sonra təsdiq e-poçtu almayana qədər tezisiniz uğurla təqdim edilməmiş sayılır. Təsdiq e-poçtu almasanız, bizimlə əlaqə saxlayın.

9. Tezislər yalnız onlayn tezis göndərilmə sistemi vasitəsilə təqdim edilə bilər. Sizdən xahiş edirik ki, tezisin göndərilmə qaydaları ilə tanış olasınız.

10. Müəlliflər siyahısına məruzəçi də daxil olmaqla 15-ə qədər müəllif daxil edə bilərsiniz.

MÜƏLLİF BƏYANI

Mən bu tezisi əvvəlcədən nəzərdən keçirdiyimi və bütün məlumatların düzgün olduğunu təsdiq edirəm. Mən qəbul edirəm ki, bu xülasənin məzmunu son təqdim edildikdən sonra dəyişdirilə və ya düzəldilə bilməz və onun təqdim edildiyi kimi dərc olunacağını bilirəm. Tezisin təqdim edilməsi bütün müəlliflərin nəşrə razılığını təşkil edir (məsələn, Konfransın veb-saytı, proqramlar, digər promosyonlar və s.) Tezisə təqdimatçı zəmanət verir və bildirir ki, onun təqdim etdiyi məlumat və məzmunun heç bir hissəsi məxvilik hüquqları və ya əqli mülkiyyət hüquqları ilə məhdudlaşmır o cümlədən üçüncü tərəf hüquqlarını pozmur. Mən bununla təsdiq edirəm ki, bu sistemdə saxlanılan əlaqə məlumatları təqdim edən müəllifin məlumatlarıdır və tezis statusu barədə ona məlumat veriləcək. Təqdimatçı müəllif tezisin statusu haqqında digər müəllifləri məlumatlandırmaq üçün məsuliyyət daşıyır. Başa düşürəm ki, təqdim edən müəllif qeydiyyatdan keçmiş iştirakçı olmalıdır. Təşkilatçılar yuxarıda göstərilənlərə uyğun gəlməyən tezisin nəşrdən və/və ya təqdimatdan silmək hüququnu özündə saxlayır.

ŞİFAHİ TEZİS TƏQDİMATI: Şifahi təqdimat kimi qəbul edilən tezislər Şifahi Təqdimat sessiyasında məruzəçi tərəfindən şəxsən təqdim olunacaq.

POSTER TƏQDİMAT: Poster təqdimatı kimi qəbul edilmiş tezislər Poster Təqdimat Sessiyasında kağız və elektron versiyada təqdim olunacaq.

POSTER TƏQDİMAT TƏLİMATLARI

Poster plakatları şaquli formatda 70 sm (eni) və 100 sm (hündürlükdə) olmalı və müəllif tərəfindən kağız formada konqresə gətirilməli, afişa isə təqdimat sessiyası başlamazdan əvvəl onlar üçün ayrılmış lövhədə asılmalıdır. Konqres mərkəzinin foyesində yerləşdiriləcək poster lövhələrində poster plakatları kağız versiya kimi təqdim olunacaq. Çap olunmuş posterlər konqresə məruzəçi müəllif tərəfindən gətirməli və bütün müəlliflər Poster Təqdimat Sessiyası başlamazdan əvvəl öz posterlərini onlar üçün ayrılmış lövhədə asmalıdırlar. Posterdə təqdim olunan tezislə eyni başlıq, müəlliflərin sırası və qurum məlumatları olmalıdır. Posterin yuxarı hissəsində təqdimat adı, müəllif adları və qurum məlumatları qeyd edilməlidir.

Əsas mövzular

Klinik Biokimya

Endokrinologiya

Ürək xəstəlikləri və laboratoriya

Piylənmə

Hematologiya

Sepsis və laboratoriya

Qan qazları

Laboratoriya statistikası və tibbi laboratoriyada analitik keyfiyyət məsələləri

Molekulyar metodlar

Neonatal metabolik xəstəliklər

Neyrodegenerativ xəstəliklər

Onkoloji markerlər

Böyrək xəstəlikləri

Sidik analizi

Toksikologiya

Klinik Mikrobiologiya

Bakteriologiya

Parazitologiya

Mikologiya

Virusologiya

Antimikrob maddələr və rezistentlik

Autoimmunitet

Ekologiya, Təkamül və Biomüxtəliflik

Əczaçılıq Mikrobiologiyası

Xərçəng Mikrobiologiyası

İctimai Sağlamlıq Mikrobiologiyası

Qlobal epidemiyalar

Mikrobiologiyada peşəkarlıq

Mikrobiota / Mikrobiom

Molekulyar Mikrobiologiya

Peyvəndlər və peyvənd çeşidləri

Sahib orqanizm – mikrob əlaqəsi

Sindromik yanaşmalar

Süni İntellekt Tətbiqləri və Bioinformatika

Yeni və Yenidən əhəmiyyət qazanan törədicilər

Zoonozlar

Tibbi genetika

Xəstəliklər və genetik diaqnostikası

Prenatal genetika

Noninvaziv və invaziv genetik testlər

Preimplantasyon genetik testlər

Xərçəng və genetik tədqiqatlar

Yeni nəsil sekvenləşdirmə
Sitogenetika
Molekulyar sitogenetika